Tibbdə inqilabi kəşf - nitq qabiliyyətini itirmiş insanların fikrini oxuyan cihaz
Mindən artıq cümlə qurulub - ilk sınaqlar uğurludur...Tibbdə ilk dəfə olaraq, iflic olmuş və nitq qabiliyyətini itirmiş insanlar üçün çox vacib çarə olacaq kəşf rəsmiləşməkdədir.
Marja xəbər verir ki, Kaliforniya Universitetinin neyrocərrahları danışa bilməyən şəxslərin beyin dalğalarından istifadə edən və onların demək istədiyi söz və ya cümləni kompüter ekranında əks etdirən cihazın tətbiqinə başlayıb.
Fəaliyyət qabiliyyəti məhdud insanların beyin dalğalarından istifadə edərək, onların hərəkətini asanlaşdırmaq hazırda ciddi tədqiq olunan sahədir. Həmin şəxslər beyində müəyyən hərəkətləri canlandırır, süni intellektə əsaslanan protez isə xüsusi siqnallar vasitəsilə həmin hərəkətləri etməyə, məsələn, əllə görüşməyə və ya stəkanı qaldırıb su içməyə yardım edir.
Doktor Edvard Çanqın komandası isə ilk dəfə olaraq “nitq neyroprotezi” ixtira edib. Bu cihazın köməyi ilə səs sistemini, çənə əzələlərinin, dodaq, dil və qırtlağın hərəkətini idarə edən beyin dalğaları oxuna bilir. 15 il öncə insult keçirərək iflic olan bir kişinin üzərində aparılan sınaqda beyin səthinin üzərinə elektrodlar implant edilib.
Kompüter həmin şəxsin deməyə çalışdığı sözləri analiz edərək, 50-dən artıq söz seçib və onların əsasında 1000-ə qədər cümlə qura bilib. “Necəsiniz?”, yaxud “Su içmək istəyirsinizmi?” kimi suallara xəstə beynində “Yaxşıyam, yaxud “Xeyr, su istəmirəm” kimi cavablar verib və bu sözlər 3-4 saniyə ərzində ekranda mətn şəklində əks olunub.
Hazırda üzərində təkmilləşdirmə işləri aparılan bu texnologiyanın yaxın gələcəkdə nitq qabiliyyətini itirmiş insanların ünsiyyəti üçün çox vacib vasitəyə çevriləcəyi realdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















