Taleh Kazımov: “PAŞA Bank ilə başla” layihəsi əlilliyi olan şəxslərin peşəkar inkişafına töhfə verəcək”

Məlum olduğu kimi, ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, növbəti sosial layihəyə başladığını elan edib. İrimiqyaslı sosial məsuliyyət layihələrinin təşəbbüskarı olan Bank, bu dəfə əlilliyi olan şəxslərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyib.
“PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Taleh Kazımovla “PAŞA Bank ilə başla” layihəsinin məqsədi və hədəfləri barədə keçirdiyimiz müsahibəni sizinlə paylaşırıq.
- Hörmətli Taleh bəy, ötən ay “PAŞA Bank ilə başla” adlı yeni sosial layihənin təqdimatı baş tutub. Oxucularımıza bu təşəbbüslə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik. Layihənin məqsədi nədir? Ümumilikdə, layihədə neçə nəfərin iştirakı gözlənilir?
- Biz, müştərilərimizin etibarlı maliyyə tərəfdaşı olmaqla yanaşı, həm də sosial məsuliyyətli bir qurum kimi tanınırıq. Yaşadığımız cəmiyyətdə mövcud olan çağırışlar və diqqət mərkəzində duran məsələlər korporativ vətəndaş olaraq bizdən qəti addımlar və təşəbbüskarlıq tələb edir. Məhz bu səbəbdən də, 14 illik fəaliyyətimiz boyunca tərəfimizdən bir sıra sosial layihələr həyata keçirilib. Hər bir layihə, hər bir təşəbbüs isə cəmiyyətə dəyər qatmağa və ümumilikdə ölkəmizin dayanıqlı inkişafına töhfə verməyə yönəldilib.
“PAŞA Bank ilə başla” layihəsi də bu təşəbbüslər sırasındadır. Biz, bu layihə vasitəsilə əlilliyi olan şəxslərin peşəkar inkişafını, bilik və bacarıqlarının artırılmasını, cəmiyyətə inteqrasiyasını və işlə təmin edilməsini dəstəkləməyi hədəfləyirik. Ölkə rəhbərliyi tərəfindən əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və məşğulluğu sahəsində görülən tədbirlərə biz də öz töhfəmizi vermək istəyirik. Bu təşəbbüsdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti bizə təşkilati dəstək göstərir.
Layihə bir neçə mərhələni əhatə edəcək. İlk mərhələ olan müraciətlərin qəbulu prosesi artıq başlayıb. Qeydiyyatdan keçmiş namizədlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Seçim mərhələsini uğurla başa vurmuş namizədlər gündəmdə olan mövzular və sahələr üzrə təlimlərə qatılacaq. Ümumilikdə 100 nəfər əlilliyi olan şəxsin layihədə iştirak etməsi nəzərdə tutulub.
Sonuncu mərhələdə təlimləri uğurla bitirmiş iştirakçıların müxtəlif müəssisələr tərəfindən potensial işçi qüvvəsi kimi tanınmasına dəstək göstərəcəyik.
Zənnimcə, bu təşəbbüs kifayət qədər rəğbət qazanacaq. Layihə iştirakçılarının öz potensialını aşkar etməsi, bir növ “özlərini tapması”, beləliklə də karyera yolunda inamla irəliləməsi üçün bütün imkanları yaratmağa hazırıq.
- Təqdim olunan təlim proqramları hansı meyarlara uyğun seçilib?
Qeyd edim ki, adətən bu növ genişmiqyaslı təşəbbüslər diqqətli təhlil, düzgün qiymətləndirmə və yaxşı hazırlıq tələb edir. Bu səbəbdən də, layihə üzərində işlər hələ 2020-ci ilin əvvəllərindən başlayıb. İlk addımımız, müxtəlif şirkətlər və müəssisələr arasında sorğu keçirərək, əmək bazarındakı bilik və bacarıqlara duyulan tələbatı təhlil etməyimiz olub. Bu məlumatlar bizə müvafiq təlim proqramını işləyib hazırlamağa kömək edib. Proqramda xüsusi nəzərə aldığımız məsələ qısa müddətdə öyrənilməsi mümkün olan peşələri və sahələri seçmək olub. Beləliklə də, 3 aylıq proqrama qatılacaq insanların işlə təmin olunması üçün ilkin bilikləri əldə edə biləcəyi peşələr seçilib. Təlim proqramları hazırlandıqdan sonra peşəkar təlimçilər komandası formalaşdırılıb.
- Əmək bazarında daha çox tələbat duyulan peşələri və sahələri seçdiyinizi qeyd etdiniz. Bu məqamda hansı peşələr nəzərdə tutulur və təlimin sonunda iştirakçılar hansı biliklərə yiyələnə biləcəklər?
Apardığımız təhlillər göstərib ki, qrafik dizayn, rəqəmsal marketinq, çağrı mərkəzi, “Help desk”, “SQL” proqramlaşdırma sahələrində peşəkar kadrlara ehtiyac duyulur. Bu sahələrlə yanaşı, sosial bacarıqların inkişaf etdirilməsi ilə bağlı təlimlərin də keçirilməsi nəzərdə tutulub. Fikrimcə, bu təlimlər vasitəsilə iştirakçılara korporativ həyata uyğunlaşmaq üçün faydalı olacaq məlumatları təqdim edə biləcəyik.
Təlimlər yüksəkixtisaslı peşəkarlar tərəfindən aparılacaq. Bundan başqa, “PAŞA Bank” əməkdaşları da öz bilik və təcrübələrini layihə iştirakçıları ilə paylaşmağa hazırdırlar. Təlimləri maraqlı edəcək daha bir cəhət, burada uğur qazanmış insanların qonaq qismində çıxış etməsi olacaq. Düşünürəm ki, onlar öz uğur hekayələrini bölüşməklə, iştirakçılarımızı daha da ruhlandıra biləcək.
- Təlimləri uğurla bitirmiş iştirakçıların işlə təmin olunmasına dəstək göstəriləcəyini qeyd etdiyiniz. Bununla bağlı hansı işlər görüləcək?
Biz, müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici tərəfləri, eləcə də biznes müəssisələrini tərəfdaş qismində layihəyə cəlb etməyi düşünürük. Bu mövqedə işəgötürənlərlə görüşlərin keçirilməsi və təqdimatların aparılması da nəzərdə tutulub. İşəgötürənlər arasında əlilliyi olan insanlarla bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaqla, onların cəmiyyətə tam inteqrasiyası ilə bağlı təşviqat aparmaqla, öz hədəfimizə çata biləcəyimizi düşünürəm. Bu istiqamətdə bütün mümkün vasitələrdən istifadə etməyə hazırıq.
- “PAŞA Bank” bu layihəni gələcəkdə də davam etdirməyi planlaşdırırmı?
- Öncə də qeyd etdiyim kimi, bu növ layihələr diqqətli təhlil və hazırlıq tələb edir. “PAŞA Bank ilə başla” layihəsi bizim bu istiqamətdəki ilk təcrübəmizdir. Bu təcrübə bizə hansı məqamları təkmilləşdirməli, nələrə diqqət yetirməli olduğumuzu göstərəcək. Təbii ki, layihəyə olan gözləntilərimiz özünü doğrultsa, onu davam etdirməyi düşünəcəyik. Layihənin uğuru isə birbaşa iştirakçılardan asılı olacaq. Onlar təlimlərə davamlı şəkildə qatılsalar, öyrənməyə, yeni biliklər əldə etməyə həris olsalar, hədəflədiyimiz nəticəni əldə edə biləcəyik.
Fürsətdən istifadə edərək, əlilliyi olan şəxsləri öz qüvvələrinə inanmağa və bu layihənin təqdim etdiyi imkanları dəyərləndirməyə səsləyirəm.
Sizə də layihəyə göstərdiyiniz marağa və müsahibəyə görə öz təşəkkürümü bildirirəm.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
20 d. əvvəl
Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 21 d. əvvəl
-
30 d. əvvəl
"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
-
46 d. əvvəl
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb
-
47 d. əvvəl
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb
-
1 saat əvvəl
Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank yaxın zamanda faizlərini artıra bilər? - TALEH KAZIMOVDAN AÇIQLAMA
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

Oktyabrın 23-də gözlənilən hava şəraiti

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir

Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb

"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"
Ən çox oxunanlar

Mərkəzi Bankda mətbuat konfransı keçirilib

Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi

Elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı

Dünya Bankı: Suriyanın yenidən qurulması xərci 216 milyard dollar olaraq qiymətləndirilir

Azərbaycan neftinin son qiyməti

"2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır"
