Azərbaycan Mərkəzi Bankı bu il 5-ci faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını 30 İyul 2021-ci il tarixində (cümə günü) verəcəkdir.
Marja xəbər verir ki, növbəti qərar Mərkəzi Bankın 2021-ci ildə aiz dəhlizinin parametrlərinə dair 5-ci qərarı olacaqdır. Mərkəzi Bank bu il faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar nəzərdə tutur.
Qeyd edək ki, 2021-ci ilin ötən dövründə keçirilmiş 4 iclasda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarlar qəbul edib.
29 yanvar 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
19 mart 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
30 aprel 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
18 iyun 2021-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Koronavirus pandemiyasının davam etməsi, inflyasiyanın istiqamətinə dair qeyri-müəyyənliklər Mərkəzi Bankın 2021-ci ildə gözləmə mövqeyi tutmasına səbəb olub.
Azərbaycan Mərkəzi Bankı qeyd edib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Ötən dövrdə dünya bazarlarında neftin qiymətinin bahalaşması davam edib, Azərbaycanda iqtisadi artım sürətlənib, ixrac idxalı üstələdiyindən tədiyə balansı yaxşılaşıb. İnflyasiyanı artırıran faktorların rolu yüksəlsədə 2021-ci ilin 6 ayında inflyasiya 4,3% təşkil edib, bu Mərkəzi Bankın hədəfi (4±2% yəni 2% - 6 % civarı) çərçivəsindədir.
Lakin qeyd edilməlidir ki, ötən ilin 2,7-3% civarında dəyişən illik inflyasiya 2021-ci ilin əvvəlindən bəri yüksəlir.
Mərkəzi Bank iqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözləmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.
Qısası, bu dəfə də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 14 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
