Azərbaycanda mehmanxanalar 6 yada 90 milyon manat qazanıblar
2021-ci ilin yanvar-iyun aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artaraq 694,7 min olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gecələmələrin 51,7 faizi Bakıda, 8,5 faizi Qəbələdə, 5,7 faizi Qusarda, 5,2 faizi Qubada, 4,9 faizi Lənkəranda, 4,2 faizi Şabranda, 3,6 faizi Xaçmazda, 2,8 faizi Naftalanda, 2,0 faizi Şamaxıda, 1,6 faizi Mingəçevirdə, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Masallıda, 0,8 faizi Gəncədə, 0,7 faizi Qaxda, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəmkirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq 132,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 19,1 faizini təşkil edir. Gecələmələrin 15,7 faizi Türkiyə, 15,2 faizi Böyük Britaniya, 10,0 faizi Rusiya Federasiyası, 5,1 faizi İtaliya, 4,3 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,6 faizi Ukrayna, 2,0 faizi İsrail, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Fransa, 1,3 faizi Norveç, 33,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 85,5 faizi Bakıda, 5,2 faizi Qusarda, 3,0 faizi Qəbələdə, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,8 faizi Mingəçevirdə, 0,8 faizi Qubada, 0,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561,9 min olmuşdur.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 90,1 milyon manat olmuşdur ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3 faizi ictimai iaşə xidmətlərindən, 2,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9,0 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-iyun aylarında 7,6 faiz). Bu göstərici Şabranda 47,1 faiz, Beyləqanda 23,4 faiz, Lənkəranda 17,6 faiz, Naftalanda 17,1 faiz, Şəmkirdə 16,3 faiz, Qubada 15,2 faiz, Qəbələdə 13,7 faiz, Bərdədə 12,8 faiz, Cəlilabadda 12,8 faiz, Bakıda 11,9 faiz, Ağcabədidə 11,6 faiz, Qusarda 11,6 faiz, Şamaxıda 10,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 15 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu







.jpg)







.jpg)






