PAŞA Həyat-ın xalis mənfəəti 2,4 dəfə çox artıb
“PAŞA Həyat” 2021-ci il üzrə II rübün maliyyə nəticələrini açıqladıÖlkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin 2-ci rübü üzrə maliyyə hesabatını* ictimaiyyətə açıqlayıb.
Şirkətdən MArja-ya daxil olmuş məlumatdda qeyd edilib ki, PAŞA Həyat inkişaf meyllərini və ölkə üzrə sığorta bazarında lider mövqeyini qorumağa davam edir. İnkişafı şirkətin maliyyə göstəricilərində sezmək mümkündür.
Təqdim olunan məlumatlara əsasən rüb sonuna şirkətin ümumi kapital həcmi ötən ilin müvafiq dövründən 20% artaraq 63,5 mln. AZN dəyərində qərarlaşıb. Cəmi aktivlərin həcmi isə 406,6 mln. AZN təşkil edir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə cüzi dəyişiklik ilə eyni olaraq qalır.
2020-ci ilin ikinci rübü ilə müqayisədə yığılmış sığorta haqlarında 20% artım olub və rüb sonuna 159,8 mln. AZN təşkil edib, həmçinin hesabat dövründə sığorta ödənişlərinə görə 120,9 mln. AZN həcmində ödəniş həyata keçirilib, bu da otən il ilə müqayisədə 32% daha çoxdur.
Pandemiya dövrünün davam etməsinə və maliyyə sektoruna təsir etməsinə baxmayaraq, nəticədə PAŞA Həyat-ın ikinci rüb üzrə xalis mənfəəti 14,7 mln. AZN təşkil edib. Bununla da ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 2,4 dəfə çox artım müşahidə edilir.
Hazırda “PAŞA Həyat Sığorta” ASC 2021-2023 illəri əhatə edən yeni strateji dövrdədir və 4 əsas istiqamətdə dinamik inkişafa nail olmağı hədəfləyir. Qeyd edək ki, Agile idarəetmə prinsipinə tam keçid etməyi, rəqəmsal transformasiya nəticəsində müştərilərə yüksək xidmət göstərməyi, digər yeni həyat sığortası məhsullarını tətbiq etməyi və Data analitika istiqamətində təşəbbüslərin həyata keçirilməsini öz fəaliyyətində əsas tutub.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
* Hesabat milli mühasibatlıq uçotu standartlarına uyğun hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








