Azərbaycanın, iqtisadiyyatının 30 faizindən çox məbləğdə xarici borcu olacaq
Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 2017-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətən 10 faiz bəndi artaraq 30,4%-ə yüksələcəyi gözlənilir.
Bu ilin əvvəlinə Azərbaycanın xarici borcu 6 mlrd. 913,2 mln. ABŞ dolları, xarici borcun ÜDM-ə nisbəti isə 20,4% təşkil edib. ÜDM 33 mlrd. 900 mln. ABŞ dollarına bərabər olub. 2017-ci ilin ilk rübünün nəticələrinə görə, ölkə iqtisadiyyatı 1,2% geriləyib.
Xarici maliyyə təşkilatlarının proqnozlarına əsasən, ÜDM-də bu il təxminən eyni dərəcədə azalma gözlənilir. Bu da o deməkdir ki, ilin sonunda ÜDM 33 mlrd. 500 mln. dollara geriləyəcək. Azərbaycanın dövlət xarici borcunun isə ABB-nin öhdəlikləri nəzərə alınmaqla 3,3 mlrd. dollar artaraq təxminən 10,2 mlrd. dollara yüksəlməsi gözlənilir. Nəticədə, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin ilin sonuna ən azı 30,4% təşkil edəcəyi proqnozlaşdırılır. Belə ki, Azərbaycan tərəfi bir sıra layihələr çərçivəsində il ərzində digər borc öhdəlikləri də qəbul edə bilər.
Həmçinin, adambaçına düşən xarici borcun məbləğinin bu il ərzində 49% artaraq 1 050 ABŞ dollarına yüksəlməsi gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 14 d. əvvəl
-
51 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib

















