Avro Bölgəsi iqtisadiyyatı 2% böyüyüb
Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin 2021-ci ilin ikinci rübünə dair iqtisadi artım və məşğulluq nisbətlərinə diar ilkin məlumatları yayımlayıb.
Marja xəbər verir ki, 19 üzvlü Avro Bölgəsində ümumi daxili məhsul (ÜDM) 2021-in ikinci rübündə birinci rüb ilə müqayisədə 2% artıb.
Avro Bölgəsində ÜDM, 2021-in ikinci rübündə 2020-in eyni dövrü ilə müqayisədə isə 13,6% artıb.
Avropa Birliyinin iqtisadiyyatı, bu ilin ikinci rübündə əvvəlki rüb ilə müqayisədə 1,9%, 2020-nin ikinci rübü ilə müqayisədə isə 13,2% artıb.
ÜDM, ilin ilk rübündə Avropa Birliyində 0,1%, Avro Bölgəsində isə 0,3% azalmışdı.
ÜDM, ikinci rübdə Almaniyada 1,5%, Fransada 0,9%, İtaliyada 2,7%, İspaniyada 2,8% və Hollandiyada 3,1% artıb.
Avro Bölgəsində məşğulluq, ilin ikinci rübündə əvvəlki rüb ilə müqayisədə 0,5% yüksəlib. Məşğulluq, 2020-nin ikinci rübü ilə müqayisədə isə 1,8% artıb.
Avropa Birliyində məşğulluq, ikinci rübdə birinci rüb ilə müqayisədə 0,6%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,8% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























