“Asiyanın ən dəyərli şirkəti” titulunun yeni sahibi
Çin nəhəngi Tencent-i taxtından saldılar....Son illərdə bazar dəyərinə görə Asiyanın ən iri şirkəti olan Çinin texnologiya holdinqi Tencent birinciliyi əldən verib.
Marja xəbər verir ki, Çin hökumətinin son aylarda bir sıra rəqabət və maliyyə nəzarəti qaydalarını sərtləşdirməsi ölkənin əsas iqtisadi-texnoloji lokomotivlərinə: Alibaba və Tencent-ə ciddi ziyan vurub.
Nəticədə bazar dəyərləri sürətlə azalan nəhənglər liderlik yarışında Tayvan şirkəti, dünyanın ən iri yarımkeçiri çip istehsalçısı TSMC-yə (Taiwan Semiconductor Manufacturing Company) uduzublar. Avqustun əvvəlindən etbarən TSMS-nin bazar dəyəri 538 milyard dollar, əvvəlki lider Tencent-in kapitallaşması 536 milyard dollar, Alibaba-nın bazar dəyəri isə 472 milyard dollar təşkil edib.
TSMC-nin Asiyanın ən dəyərli şirkətinə çevrilməsi həm də qlobal çip böhranı və bu məhsullara tələbatın sürətlə artması səbəbindən şirkətin son 1 ildə davamlı olaraq böyüməsidir. Alibaba və Tencent isə təkcə dünən - Çinin bazar tənzimləyici qurumu internetdə haqsız rəqabətin qarşısını alan yeni qaydalar təqdim etdikdən sonra hərəsi 20 milyard dollar dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























