MasterCard 14 milyard dollara yaxın təzminat davası ilə üz-üzə!
Məhkəmə iddianı təmin etsə, şirkət 46 milyon müştəriyə dəyən ziyanı ödəməlidir...
Düyanın ən iri ödəniş və bank kartları sistemlərindən biri olan MasterCard Böyük Britaniyada iri həcmli kompensasiya ödəmək riski ilə üzləşib.
Marja xəbər verir ki, Britaniya məhkəməsi (Rəqabət üzrə Appelyasiya Tribunalı) daha öncə rədd etdiyi, 46 milyon müştərinin adından irəli sürülmüş kollektiv iddianı qeydə alıb.
Sabiq maliyyə ombudsmanı Uolter Merriksin baş iddiaçı qismində çıxış etdiyi şikayət MasterCard-ın 10 milyard funt-sterlinq (13,7 milyard dollar) təzminat ödəməsini tələb edir.İddia ərizəsində “MasterCard-ın 1992-2008-ci illərdə Britaniyadakı pərakəndə ticarətçilərə onun kartlarından istifadəyə görə tətbiq etdiyi dəyişkən xidmət haqlarının sonda müştərilərə əsassız əlavə xərc yaratdığı və bununla Avropa İttifaqının rəqabət qaydalarının pozulduğu” qeyd olunub.
2015-ci ildə qəbul edilmiş İstehlakçı Hüquqlarına dair Qanuna əsasən irəli sürülən iddia indiyə qədərki ən böyük kütləvi şikayətdir. İddia ərizəsi əsas arqument kimi həm də Avropa Komissiyasının 2007-ci ildə qəbul etdiyi qərarında MasterCard-ın rəqabət qaydalarını pozmasını qeyd etdiyini göstərirlər.
MasterCard isə açıqlamasında “qeydə alınan iddia məbləğinin əvvəlki təzminat tələbindən 35% az olduğu, növbəti aylarda əsas faktların araşdırılması nəticəsində yekun təzminatın daha da azalacağını” bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























