TIR sürücülərinin sayı sürətlə azalır - BU ŞİRKƏT HƏR SÜRÜCÜYƏ 8 MİN DOLLAR BİRDƏFƏLİK BONUS VERİR
Qlobal miqyasda TIR sürücülərinin sayı sürətlə azalır. Təkcə ABŞ-da 30 min, Britaniyada 100 min sürücü yeri boşdur...Qlobal iqtisadiyyat pandemiyadan sonra bu il canlansa da, təchizat problemləri sürətlə artan tələbatı ödəməyə imkan vermir.
Marja xəbər verir ki, səbəblərdən biri də regional və beynəlxalq tranzit daşımalarda ən çox istifadə olunan vasitələr - iritutumlu yük maşınlarının (TIR) sürücülərinin sayının sürətlə azalmasıdır.
Amerika Yük maşınları Assosiasiyasının məlumatına görə, 2020-ci ilin əvvəlində təkcə ümumi yükdaşımaları həyata keçirən sürücü sayı 465 min nəfər idisə, bu il həmin rəqəm 430 minə qədər azalıb. Böyük Britaniyada isə hazırda 100 min sürücü çatışmır. Bu rəqəmə həm Brexit-dən sonra digər Avropa ölkələrindən olan sürücülərin ölkəni tərk etməsi, həm də koronavirus pandemiyasına görə giriş-çıxış məhdudiyyətlərinin sərtləşdirilməsi təsir edib.
Beynəlxalq Sertifikatlı Logistika və Nəqliyyat İnstitutu bildirir ki, Avstraliya və Mərkəzi Asiyada iri yükdaşıyıcılarda sürücü çatışmazlığı 20% təşkil edir.
Hələlik sürücü sayında problem olmayan yeganə region Afrikadır.
İri şirkətlər problemi həll etmək üçün sürücülərə daha cəlbedici şərtlər təklif etməyə başlayıb. ABŞ-ın ən iri supermarket şəbəkəsi Walmart yeni işə götürülən hər sürücüyə 8 min dollar birdəfəlik bonus verir.
İngiltərədə isə John Lewis sürücülərin əmək haqqını il ərzində 5 min funt artırmağa söz verib. Hazırda TIR sürücülərinin orta illik əmək haqqı 37 min funta qədərdir.
Lakin problemin qısa müddətdə həll olunması real görünmür. Bu isə dəniz nəqliyyatındakı ləngimələrlə birlikdə əksər məhsullarda qiymət artımının uznmüddətli olacağını göstərir...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




