“PAŞA Bank” və “Code Academy”nin əməkdaşlığı çərçivəsində “Peşəkar Yetişdirmə Proqramı” başa çatıb
10 nəfərdən çox məzun artıq “PAŞA Bank”-ın fərqli İT şöbələrinə, o cümlədən Rəqəmsal Mühəndislik şöbəsinə işə qəbul olunub.Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və rəsmi təhsil lisenziyalı innovativ tədris mərkəzi Code Academy-nin gənclərin peşəkar inkişafının dəstəklənməsi yönündə olan birgə fəaliyyəti nəticəsində həyata keçirilən xüsusi tədris proqramı yekunlaşıb.
Bankın yaydığı məlumata görə,, avqust ayının 31-də “Peşəkar Yetişdirmə Proqramı” (PYP) adlı layihənin final tədbiri baş tutub.
May ayında başlanmış layihə istedadlı kadrlar üçün yeni bilik və bacarıqların, gələcək peşəkar karyera imkanlarının genişləndirilməsinə yönəlmişdir. “Front-end developer” və “back-end developer” ixtisasları üzrə 3 ay davam etmiş intensiv tədris proqramlarına ümumilikdə 30 namizəd seçilmişdir. PYP təhsilini dərəcə ilə başa vuran 10 nəfərdən çox məzun artıq “PAŞA Bank”-ın fərqli İT şöbələrinə, o cümlədən Rəqəmsal Mühəndislik şöbəsinə işə qəbul olunub.
Tədbir iştirakçılarına hədiyyə və sertifikatların təqdim edilməsi mərasimində iştirak edən PAŞA Bankın nümayəndələrinin qeyd etdiyi kimi, bu cür xüsusi layihələri həyata keçirməklə istedadlı gənclərə dəstək verilməsi, onların praktiki təcrübələrinin artırılması Bankın əsas hədəflərindən biridir. Bu məqsədi rəhbər tutaraq Bank, İT və proqramlaşdırma sahəsində təhsil alan gəncləri bir araya gətirən müxtəlif miqyaslı layihələri davamlı şəkildə həyata keçirir.
Qeyd edək ki, İT seqmenti və rəqəmsal bankçılıq sahəsində trendləri müəyyənləşdirən “PAŞA Bank” maliyyə texnologiyaları sənayesində baş verən yenilikləri və ən son təcrübələri ölkəmizdə daha əlçatan etməyi hədəfləyir. Belə ki, bu il də “PAŞA Bank” tərəfindən gənc istedadlar üçün bir neçə tədris proqramı və yarışlar, o cümlədən “PASHA Bank CUP” layihəsi, “Learning Sessions” təlimləri, “FinTech Founders Bootcamp” və s. peşə tədbirləri həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 10 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















