Azərbaycanın dövlət şirkəti İslam Korporasiyası ilə anlaşdı - SUKUK BURAXILA BİLƏR
“AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanları araşdırılacaq
Sentyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında Anlaşma Memorandumu imzalanıb.
"AzerGold"dan Marja-ya daxil olmuş məlumatra görə, Memorandumu İCD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.
Anlaşma Memorandumun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 faiz dövlətə məxsus olan “AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini “AzerGold” QSC ilə imzalanan Memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.
Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda “AzerGold”un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.
Məlumat üçün bildirək ki, çoxtərəfli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 47 d. əvvəl
-
55 d. əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
Ən çox oxunanlar

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb
