XalqOnline - biznes üçün ən yaxşı bank tətbiqi
(®) Ukraynanın SME Banking Club beynəlxalq assosiasiyası Azərbaycan banklarının mobil tətbiqlərinin biznes üçün imkan və funksionallığına dair geniş araşdırma keçirib.
Azərbaycan banklarının korporativ seqmentinə xidmət göstərən mobil bankların reytinqində Xalq Bankın XalqOnline mobil bank tətbiqi birinci yerə layiq görülüb. Bu haqda agentliyin Azərbaycanda biznes mobil bankçılığının inkişafına həsr olunmuş xüsusi buraxılışında məlumat verilir (Mobile Business Banking 2021).
Araşdırmada ölkənin aparıcı bankları arasında korporativ müştərilər üçün mobil bank platformasına malik bankların, o cümlədən Xalq Bankın mobil tətbiqi iştirak edib. Mütəxəssislər mobil bankı biznes üçün maksimum imkanları əks etdirən əsas funksiyalarını - qeydiyyat prosesi, əmanətlər, ana səhifə, maliyyə, hesab və çıxarışlar, digər sistemlərlə inteqrasiya, ödənişlər, təhlükəsizlik, valyuta əməliyyatları, kartlar, dəstək və kommunikasiya kanalları üzrə 130 meyar əsasında qiymətləndiriblər.
XalqOnline Xalq Bankın vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən internet və mobil bank sistemidir. Layihə 2019-cu ildə Xalq Bank tərəfindən texnoloji tərəfdaşı olan LWO International (Belarus) şirkəti ilə birgə həyata keçirilib.
SME Banking Club - 25-dən çox ölkədə fəaliyyət göstərən orta və kiçik biznesi banklarla əlaqələndirən peşəkar şəbəkə, biznes bankçılıq (kredit təhlili, risklərin idarəedilməsi, məhsulların inkişaf etdirməsi, marketinq və satış) sahəsində böyük təcrübəyə malik bank konsaltinq mərkəzidir.
Mənbə: https://smebanking.news/ru/40234-mobile-business-banking-2021-azerbaijan/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























