Azərbaycanda özəlləşdirməyə təqdim olunan dövlət əmlaklarının çoxu satılmır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirməyə təqdim etdiyi dövlət əmlaklarının çoxu satılmır.
Təkcə son 3 ayda (iyun-avqust aylarında) ölkədə səhmdar cəmiyyətlərinin (SC), kiçik dövlət müəssisələrinin və obyektlərinin, yarımçıq tikililərin, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı 9 hərrac keçirilib. Bu hərraclara bir hissəsi təkrar olmaqla ümumilikdə 292 dövlət əmlakı çıxarılıb. 52 əmlak isə özəlləşdirilib. Ayrı-ayrı hərraclar üzrə isə vəziyyət fərqlidir.
Məsələn, iyunun 8-də keçirilmiş hərraca 56 dövlət əmlakı, o cümlədən 35 SC, 19 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili çıxarılıb. Bunlardan isə cəmi 4-ü, o cümlədən 1 SC, 2 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili satılıb. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 7% təşkil edib.
Növbəti hərrac iyunun 22-də baş tutub. Hərraca 21 dövlət əmlakı, o cümlədən 20 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili çıxarılıb. Bunlardan isə yalnız 1 kiçik dövlət müəssisəsinə müştəri tapmaq mümkün olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 5% təşkil edib.
İyunun 29-da keçirilmiş hərraca isə 79 dövlət əmlakı, o cümlədən 35 SC, 15 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 28 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə yalnız 9-u, o cümlədən 1 SC, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 11% təşkil edib.
Növbəti hərrac iyulun 13-də baş tutub. Hərraca 19 dövlət əmlakı, o cümlədən 17 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 1 qeyri-yaşayış sahəsi çıxarılıb. Bunlardan isə yalnız 1 yarımçıq tikiliyə pul verən olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 5% təşkil edib.
İyulun 27-də keçirilmiş hərraca isə 31 dövlət əmlakı, o cümlədən 19 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili və 11 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 10 nəqliyyat vasitəsi satılıb. Başqa sözlə, özəlləşdirmə nisbəti 32% təşkil edib.
Növbəti hərrac avqustun 3-də baş tutub. Hərraca 16 dövlət əmlakı, o cümlədən 15 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili çıxarılıb. Bunlardan isə heç birinə müştəri tapmaq mümkün olmayıb. Başqa sözlə, özəlləşdirmə nisbəti 0% təşkil edib.
Həmçinin oxu
TƏBİB-in sədri Ramin Bayramlı istefa verdiAvqustun 10-da keçirilmiş hərraca isə 17 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 7-si özəlləşdirilib. Başqa sözlə, özəlləşdirmə nisbəti 41% təşkil edib.
Növbəti hərrac avqustun 17-də baş tutub. Hərraca 29 dövlət əmlakı, o cümlədən 17 kiçik dövlət müəssisəsi və obyekti, 1 qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 18-nə, o cümlədən 1 kiçik dövlət müəssisəsinə və 11 nəqliyyat vasitəsinə pul verən olub. Başqa sözlə, özəlləşdirmə nisbəti 62% təşkil edib.
Növbəti hərrac avqustun 31-də baş tutub. Hərraca 24 dövlət əmlakı, o cümlədən 3 SC, 19 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili çıxarılıb. Bunlardan isə cəmi 2-nə - 1 SC-yə və 1 kiçik dövlət müəssisəsinə müştəri tapmaq mümkün olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 8% təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















