“Məcburuq ki, işçiləri azad edib fəaliyyətimizi dayandıraq” - ŞİRKƏT DİREKTORU
1-ci Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia edir.
Bununla bağlı A. Əliyev qeyd edib ki, sözügedən yoxlamalar şirkətin iş fəaliyyətinə ciddi təsir edir: “Agentlik sahibkarlıq fəaliyyətimizi dayandırmağa cəhd edir. Artıq məcburuq ki, çalışdığımız MMC-də xeyli sayda çalışan işçiləri işdən azad edərək, sahibkarlıq fəaliyyətimizi dayandıraq. Qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etmişik. Buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktor olduğum “Azstone” MMC-yə qarşı təzyiqlər bu gün də davam edir.
Yoxlamaların səbəbini soruşduqda bizə deyilir ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətimizin dağ-mədən ayırması aktının müddəti bitib. Bu səbəbdən də işləməmişəm. Aktın müddəti üçün də Agentliyə müraciət etsək də, icazə vermirlər”.
Məsələ ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürova müraciət edilib. O bildirib ki, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıları çıxardığına görə "Azstone" MMC-in fəaliyyəti qanunsuz hesab olunub:
“Qeyd edim ki, “Azstone" MMC-yə verilmiş dağ-mədən ayırma aktının müddəti 6 may 2020-ci il tarixində bitib. Ona görə də barəsində inzibati protokol tərtib olunub, qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən cərimələnib”.
Agentliyin rəsmisi onu da bildirib ki, ümumiyyətlə, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıların çıxarılması qanunsuz hasilat hesab olunur.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















