Əliyev Putinə zəng etdi
Azərbaycan Prezidenti Putini “Vahid Rusiya”nın parlament seçkilərində qələbəsi münasibətilə təbrik edibSentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Marja xəbər veri ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirmişdir.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.
Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.
Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 5 d. əvvəl
- 19 d. əvvəl
- 33 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb
Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
“NORM”da iclas keçiriləcək
Ən çox oxunanlar
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir















.jpg)







