Azərbaycanda həyat sığortası bazarı 21 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanda həyat sığortası üzrə 260 milyon 931 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği isə 192 milyon 775 min manat təşkil edib. Bu isə illik müqayisədə 17,8% çoxdur.
Yanvar-avqust aylarında həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 75,9 manat olub.
Qeyri-həyat sığortası bazarı 2 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə 319 milyon 666 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği isə 14 milyon 91 min manat təşkil edib. Bu isə illik müqayisədə 48% çoxdur.
Yanvar-avqust aylarında qeyri-həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 46 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,7 manat olub.
İcbari sığorta bazarı 12 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 181 milyon 767 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,65% çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 82 milyon 122 min manat təşkil edib. Bu isə illik müqayisədə 87 % çoxdur.
Yanvar-avqust aylarında icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 45,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 27 manat olub.
Könüllü sığorta bazarı 9 % artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 398 milyon 830 min manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 257 milyon 744 min manat təşkil edib. Bu isə illik müqayisədə 17,6% çoxdur.
Yanvar-avqust aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 64,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,9 manat olub.
Xəbər verdiymiz kimi, Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580 milyon 597 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339 milyon 866 min manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
18 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 19 saat əvvəl
-
20 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
21 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)



.jpg)



