Bakıda arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək - TARİX, ÜNVAN
Yarmarkada arıçılar üçün iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir.
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr-7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Marja Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.
Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bal istehsalçıları iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək.
Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 30 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçının iştirak etməsi nəzərdə tutulur. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Bal nümunələrinin qəbulu 4-12 oktyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir.
Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyəcək.
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 59 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
2 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 1-də gözlənilən hava şəraiti

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
