Azərbaycanda “Kartof fri istehsalı” sahəsi üzrə daxili bazar araşdırması aparılacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iki istiqamət üzrə daxili bazar araşdırmasının aparılması üçün podratçılar seçir.
Bu məqsədlə agentlik 2 tender elan edib.
Birinci tenderin predmeti “Səyyar qəhvə və yan məhsulların istehlakı” sahəsi üzrə daxili bazar araşdırmalarının aparılması xidmətinin göstərilməsidir.
İkinci tenderin predmeti “Kartof fri istehsalı” sahəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin göstərilməsidir.
Hər bir tenderdə iştirak haqqı 50 manatdır.
Təkliflər 26 oktyabr saat 11:00-dək qəbul olunur. Tender proseduru 27 oktyabr saat 11:00-da baş tutacaq.
Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra il ərzində Sifarişçi tərəfindən “Sifariş” verildikdən sonra 60 təqvim günü ərzində xidmətlər göstərilməlidir.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















