Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Karton fabrikində 7 milyon qutu gücünə malik yeni istehsal xətti işə düşdü - 40 İŞ YERİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Karton fabrikində 7 milyon qutu gücünə malik yeni istehsal xətti işə düşdü - 40 İŞ YERİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Aqro-İnvest və İstehsalat MMC”-nin Karton fabrikində yeni istehsal xətti istifadəyə verilib.

Reklam_3_11

Marja xəbər verir ki, layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən “RabitəBank” ASC vasitəsilə maliyyələşdirilib.

Maliyyələşdirilən layihə çərçivəsində alınan yeni avadanlıqlar hesabına Karton fabrikində istehsalın effektivliyinə nail olunması və istehsal həcminin artırılması planlaşdırılır.

Belə ki, yeni avadanlıqlar fabrikdə istehsal olunan qida və qeyri-qida üçün karton qutuların əvvəlkinə nisbətən dəfələrlə artıq sürətlə və daha yüksək keyfiyyətdə hazırlanmasına imkan verəcək. Qeyd etmək lazımdır ki, bu avadanlıqlar Avropa standartlarına (AVRO-2020) cavab verməklə, ay ərzində orta hesabla 6-7 milyon ədəd karton qutu istehsal etmək gücünə malikdir.

Layihənin icrası ilə müxtəlif sahələrdə geniş istifadə olunan və təkrar emalı mümkün olan qablaşdırma məhsullarının ölkəmizdə istehsalının təşkil olunması ilə yanaşı, bu məhsulların idxalı zamanı əvvəllər xaricə ödənilən vəsaitlərin qarşısının alınması imkanı yaranacaq.

Layihə çərçivəsində 40-a yaxın yeni iş yeri yaradılıb.

Aqro-İnvest və İstehsalat Karton fabriki
28.09.2021 10:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18