Azərbaycandan Pakistana aqrar məhsulları ixrac etmək və birgə müəssisələr yaradılması üçün işlərə başlanılıb
Sentyabrın 30-da Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti, eyni zamanda “Grand Thoronton” şirkətinin Azərbaycan ofisinin rəhbəri Xürrəm Bhatti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib.
Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qardaş ölkənin nümayəndə heyəti ilə görüşməkdən məmnun olduğunu ifadə edərək, biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verib.
X.Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib.
Onun sözlərinə görə, iri müəssisələrlə əməkdaşlıq etməklə Azərbaycandan Pakistana kənd təsərrüfatı məhsullarını ixrac etmək, eyni zamanda Azərbaycanda yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələr yaradılması üçün artıq işlərə başlanılıb. Palata rəhbəri 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin planlaşdırıldığını söyləyib.
Tərəflər əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























