İnnovasiyalar Agentliyi və Cənubi Bohemia Universiteti razılaşdı
İnnovasiyalar Agentliyi ilə Cənubi Bohemia Universiteti arasında Texnologiyaların transferi sahəsində razılıq əldə olunubBu gün 30 sentyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin inzibati binasında Çex Respublikasının Cənubi Bohemia Universitetinin rəhbərliyi ilə görüş təşkil olunub.
Agentliyin yaydığı məlumata görə, görüşdə elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması, innovativ o cümlədən startap layihələrin dəstəklənməsi, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, həmçinin texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması istiqamətində müştərilərə müvafiq xidmətlərin göstərilməsi sahələrində geniş müzakirələr aparılıb.
Qeyd edək ki, sadalanan fəaliyyət istiqamətləri üzrə İnnovasiyalar Agentliyi ilə Cənubi Bohemia Universiteti arasında 2021-ci ilin yanvarında imzalanmış Anlaşma Memorandumunun fəaliyyət planı bu gün keçirilən görüşdə müzakirə olunaraq razılaşdırılıb.
Tural Kərimli yeni təşəkkül tapmış əməkdaşlıqla bağlı bildirib ki, Azərbaycanda biznes mühitinin davamlı inkişafına və milli ekosistemin regional innovasiya mərkəzinə çevrilməsinə önəmli təkan vermək istiqamətində Agentlik beynəlxalq tərəfdaşlarla yeni layihələr üzərində çalışır.
Cənubi Bohemia Universitetinin prorektoru Hojdekr Michal, Texnologiyaların Transferi departamentinin rəhbəri Ruzena Stemberkova və Çex Ticarət Evinin Bakıdakı nümayəndəliyinin rəhbəri Pavel Zelenka iştirak edib.
Görüşün sonunda çex qonaqların iştirakı ilə İnnovasiyalar Agentliyinin ‘’Tərəfdaşlar lövhə’’sinə Cənubi Bohemia Universitetinin adı yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















