İş dəftərlərinin satışında problem yaranıb
Təhsil İnsitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
İnstitutdan verilən məlumata görə, iş dəftərləri ARTİ tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib: "Valideyn və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir. Son statistik məlumatlara əsasən, I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub.
İş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)







