QDTİB-in üzv ölkələri kapitalın 245 milyon avro artırılması barədə qərar qəbul edib
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB)İdarə Şurası cümə növbədənkənar iclasda bankın abunə (subscribed) kapitalının cari 2,9 milyard avrodan 3,1 milyard avroyadək artırılması barədə qərar qəbul edib.
Beləliklə, bankın abunə kapitalı 35,4% artacaq.
“Abunə prosesi 2022-ci il sentyabrın sonuna başa çatacaq. Bankın səhmdarları 2023-2030-cu illərdə abunə kapitalının 8 tranş ilə artırılmasını ödəmək imkanı əldə edəcəklər”, - bankın məlumatında deyilir.
Yeni abunə nəticəsində, QDTİB 244,96 milyon avro məbləğində əlavə kapital əldə edəcək, ödənmiş kapiatlı (paid-in) isə 931,51 milyon avroya çatacaq (bankın nizamnamə kapitalı 3,45 milyard avroya bərabərdir).
Abunə kapitalının hazırki artımı 2021-2030-cu illərdə bankın strategiyasının bir hissədir və üzv ölkələrinin iqtisadi inkişafına yardım və regional əməkdaşlığa, bankın böhran vəziyyətlərə reaksiya bermək imkanının möhkəmlənməsinə yönəlib.
Son dəfə QDTİB 2018-ci ildə kapitalı artırıb.
Öncə QDTİB-nin prezidenti Dmitri Pankin məlumat verib ki, kapitalın 245 milyon avro artırılması bankın imkanlarının artırılması və effektivliyinin təminatı üçün zəruridir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya (kapitalda payı 16,5%), Yunanıstan (16,5%), Türkiyə (16,5%), Bolqarıstan (13,5%), Ukrayna (13,5%), Rumıniya (14%), Albaniya (2%), Azərbaycan (5%), Gürcüstan (0,5%), Moldova (0,5%) və Ermənistan (1%) hökumətləridir. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. QDTİB-nin mənzil qərargahl Salonik şəhərində yarləşir.
Telegramda Marja.az səhifəsinə abunə olun
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























