Şikayətlər artıb - Elektronika mağazalarının nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda satılan elektrik məişət avadanlıqlarına dair şikayətlər artıbMəişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların satışını həyata keçirən ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə Marja-yaİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, təhlillər göstərir ki, 2021-ci ilin 9 ayı ərzində məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılma qaydalarının pozulması ilə əlaqədar istehlakçılar tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Bu məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə Dövlət Xidmətinə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular, adekvat əvəzedici məhsulun təqdim edilməməsi və s. ilə bağlı olduğu bildirilib, onların aradan qaldırılması, müştəri məmnunluğunun təmin edilməsi tədbirləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















