“Rosselxoznadzor” Azərbaycanın iki pendir istehsalçısının yoxlanılmasını istəyir
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.
Bu barədə məlumatı “Rosselxoznadzor” yayıb.
Məlumata əsasən, “Rosselxoznadzor” AQTA-dan Rusiyaya pendir ixrac edən iki şirkət barədə araşdırma aparmasını və yoxlama təşkil etməsini istəyir.
Bildirilir ki, sözügedən iki şirkət öz istehsal etdikləri pendirləri Polşa və Litva pendir məhsulları adı ilə Rusiyaya idxal etməkdə şübhəli bilinir.
“Rosselxoznadzor”, həmçinin agentlikdən həmin müəssisələrin istehsal həcmi və Rusiya bazarına idxal olunan məhsulların növləri barədə məlumat təqdim etməsini də tələb edib.
Qeyd olunur ki, Azərbaycan tərəfi öz növbəsində lazımi tədbirlər görəcəyini bildirib və rusiyalı mütəxəssisləri hər iki şirkətdə yoxlama aparmaq üçün dəvət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 d. əvvəl
- 14 d. əvvəl
-
-
18 d. əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
18 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















