Çində istehsalçı inflyasiyası 26 ilin ən yüksək səviyyəsində
Çində istehsalçı qiymətləri Sentyabr ayında təxminən 26 ilin ən sürətli artımını reallaşdırıb və bu vəziyyət, qlobal inflyasiya risklərini artırır. Həmçinin, artan xərclərin istehlakçılara əks olunmağa başlaması üçün təzyiq yaradır.
Marja xəbər verir ki, Çin Milli Statistik Ofisinin (NBS) açıqladığı məlumatlara görə, istehsalçı qiymətləri indeksi Sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 10,7% artıb və 1995-ci ilin Noyabr ayından bəri ən yüksək səviyyəsinə çatıb.
İstehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) isə keçən ay illik müqayisədə 0,7% artıb (2020-ci ilin sentyabr ayı ilə müqayisədə). İstehlakçı inflyasiyası əvvəlki ay 0,8% səviyyəsində reallaşmışdı.
İstehsalçı qiymətlərindəki artım əsasən kömür qiymətlərinin və digər enerji məhsullarının qiymətlərinin artması ilə əlaqədardır.
Avqust ayında 8,7 bənd olan istehsalçı və istehlakçı inflyasiyaları arasındakı fərq Sentyabr ayında 10 bəndə qalxaraq 1993-cü ildən bəri ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)



.jpg)


.jpg)








