Azərbaycanda ən böyük “CinemaPlus” kinoteatrı açılıb
Xəzər dənizinin sahilində, Azərbaycanda analoqu olmayan “Dəniz Mall” ticarət mərkəzində ən yeni 4DX texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük “CinemaPlus” kinoteatrı açılıb.
Kinoteatrdan məlumata görə, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilmiş blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir.
Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud və yerli filmlər nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur.
Qeyd edək ki, bütün filmlərin premyeraları 4DX formatında yayımlanır.
Həmçinin kinoteatrda, zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Tamaşaçılar fərdi işıqlandırma və gadjetlərin şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.
Kinoteatrda xüsusi qonaqlar üçün quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları var. Bütün oturacaqlar bir-birindən müəyyən məsafədə yerləşir, bu da rahatlıq mühiti yaradır. Son sıralarda, ev şəraitini xatırladan rahat divanlar var.
“CinemaPlus Dəniz Mall” kinoteatrı 11 zaldan və 1000-dən çox oturacaqdan ibarətdir.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
-
38 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)








