Bir sıra banklar bankomatları və terminalları vasitəsilə dollar qəbulunu dayandırıb
Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır.
Bu məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, AMB milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır.
"Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyllərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır. Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir", - AMB-dən bildirilib.
Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.
"Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir", - AMB-dən bildirilib.
Mərkəzi Bankdan həmçinin bildirilib ki, AMB tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb: "Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır".
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı banklar əhalidən 931 milyon 926 min nağd ABŞ dolları alıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. Təkcə avqust ayında isə əhali banklara 124 milyon 15 min nağd dollar satıb ki, bu da aylıq ifadədə 4,1% çoxdur.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















