Nəbatat Bağının keçmiş direktoruna qarşı ağır ittihamlar
Natiq Allahverdiyev: “Mərkəzi Nəbatat Bağının keçmiş rəhbərliyi tərəfindən Bağa dəymiş zərərin bərpası istiqamətində işlər görülür”AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanmışdır. Keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, aqrotexniki qulluq olunmamış, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənmişdir. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilmişdir. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunmuş, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilmişdir. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunmuşdur.
Mərkəzi Nəbatat Bağına yeni təyin olunmuş, bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bu barədə açıqlama verib.
N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunmuşdur. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.
O, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə AMEA tərəfindən hər zaman dəstək göstərildiyini qeyd edərək, AMEA rəhbərliyinin akademiyanın bütün müəssisələrinin inkişafına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirib. N.Allahverdiyev akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçildiyi ilk gündən inzibati idarəetmə ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Əlavə edib ki, AMEA prezidentinin göstərişi ilə Mərkəzi Nəbatat Bağında başlanılan quruculuq işləri ilə bağlı bəzi media nümayəndələri araşdırmalar aparmadan, müəyyən insanların şəxsi mənafelərini işıqlandırmaq məqsədilə qarayaxma kampaniyalarına başlayıblar.
“Nəbatat Bağının rəhbərliyi ölkənin bir sıra media qurumlarını ictimaiyyətə düzgün informasiya ötürməyə, daha məsuliyyətli olmağa və dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən məlumatları yaymamağa çağırır. Həmçinin Mərkəzi Nəbatat Bağının yeni rəhbərliyinin həyata keçirdiyi geniş abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün KİV nümayəndələrini Bağa dəvət edirik”, - deyə baş direktor v.i.e. N.Allahverdiyev bildirib.
O, AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunduğunu deyib, bu vəzifənin öhdəsindən layiqincə gələ bilmək üçün bütün imkanları səfərbər etdiyini diqqətə çatdırıb: “Bağa rəhbərlik etməyə başladığım gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Belə ki, yeni landşaft dizayn layihəsinin hazırlanması üçün fotoşəkillər çəkilib, layihə mərhələlər üzrə tərtib olunub”.
N.Allahverdiyevin sözlərinə görə, layihənin ilk mərhələsi üzrə əsas məqsəd ağacların su ilə təmin olunması və onlara aqrotexniki qulluq göstərilməsi üzrə işlərin görülməsidir. Yeni landşaft dizayn layihəsinin ilkin versiyası artıq AMEA rəhbərliyinə təqdim olunub.
O, həmçinin qeyd edib ki, abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb. Komissiya biologiya elmi sahəsində tanınmış alim və mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.
Baş direktor v.i.e N.Allahverdiyev Mərkəzi Nəbatat Bağının elmi potensialının gücləndirilməsi, işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsi, ziyarətçilər üçün yeniliklərin təqdim olunması məqsədilə təkliflərin hazırlandığını, yaxın zamanda onların reallaşdırılması istiqamətində işlərə başlanılacağını da qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)





