Türk Lirəsinin müqəddəratı üçün mühüm gün çatdı
Bu gün Türkiyə Cümhuriyyəri Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaqdır.
Marja xəbər verir ki, Türkiyədə inflyasiyanın 19%-dən də yüksək olmasına baxmayaraq Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi, əas pul siyasəti faizini 18%-dən 17,50%-ə salacağı gözlənilir. TCMB Sentyabr ayında faizini 19%-dən 18%-ə endirmişdir.
Əvvəlki yığıncaqdan ötən dövrdə Türk Lirəsi Dollar qarşısında rekord səviyyələrdə ucuzlaşmaqda davam edib. Dollar/TL məzənnəsi 9,3747-ni görərək rekord qırıb. Türk Lirəsinin ucuzlaşmasının əsas səbəblərindən biri Türkiyə Mərkəzi Bankının ötən ay faiz endirimi etməsi və bu həftə də endirimlərə davam edə biləcəyi narahatlığıdır.
İndi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 21 Oktyabrda açıqlayacağı faiz qərarı səbirsizliklə gözlənilir. Sorğuya görə, bazar Mərkəzi Bankdan 0,50 bənd faiz endirimi gözləyir.
Bloomberg-in 17 qurum arasında keçirdiyi sorğuya görə, Mərkəzi Bank əsas faiz dərəcəsini 0,50 bənd azaldaraq 18%-dən 17,50% səviyyəsinə salacaqdır.
İştirakçılar Noyabr ayında da faiz endiriminin davam edəcəyini gözləyirlər.
Sorğuya görə, 2021-ci ilin sonunda TCMB-nin faizi 16,50% olacaqdır.
Fransanın sərmayə bankı "Societe Generale", Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bu gün (21 Oktyabrda) keçirəcəyi pul siyasəti yığıncağında, əvvəlki yığıncaqda olduğu kimi faizini 1,00 bənd endirəcəyini, dollar/TL məzənnəinin də il sonunda 9,80 olacağını təxmin edir.
Analitiklər, Türkiyə Respublikası Mərkəzi Bankının faizini azaltması ilə Türk Lirəsinin daha da ucuzlaşacağını, məzənnənin 9,50 səviyyəsini də aşacağını gözləyirlər.
Xatırladaq ki, 23 Sentyabrda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) pul siyasəti faizini 1.00 bənd aşağı salaraq 19%-dən 18%-ə endirib. Bazar faizin sabit saxlanılacağını gözləyirdilər. Bundan sonra türk Lirəsinin ucuzlaşması sürətlənib.
Hazırda Türkiyənin Suruyada yeni bir əməliyyata başlağacağı ehtimalı, qlobal bazarlarda dolların və neftin bahalaşması, inflyasiyanın artması da Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Ötən həftə Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin 3 üzvünü vəzifəsindən azad edib, onlardan 2-sinin yerinə təyinat olub, 1 üzv yeri isə böşdur. Məlumata görə, vəzifədən azad olunan 3 üzv Ərdoğanın "yüksək inflyasiyanın səbəbi yüksək faizdir" fikirinə qarşı çıxırlarmış. Ərdoğan bu şəxslərdən də xilas olub, bu səbəbdən Mərkəzi Bankın faiz azaltmaqda davam edəcəyi bazarda narahatlıq yaradır. Ənənəvi qaydaya görə, Mərkəzi Bank faiz yüksəldən zaman inflyasiya aşağı düşür. Yəni, yüksək inflyasiya yüksək faizin səbəbidir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















