"9 ayda 11 milyon manatdan çox xalis mənfəət əldə etmişik" - BANK SƏDRİ
“Yelo Bank” ASC 2021-ci ilin 9 ayı üzrə 11,4 milyon manat xalis mənfəət əldə edib.
Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
O əlavə edib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bankın aktivləri 27% artaraq 496 milyon manata çatıb.
“Yelo Bank” 2021-ci ilin sonuna qədər Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirməyi planlaşdırır.
“Hazırda “Yelo Bank”ın Lənkəran, Gəncə və Bərdədə üç filialı var. Müşahidə Şurası bizə filial açmağa icazə verib və bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik. Biz bir neçə yeni filial açmağı planlaşdırırıq”, - deyə A.Həsənov bildirib.
Bank son bir neçə ay ərzində Bakıda və paytaxt ətrafında 6 yeni filial açıb.
A.Həsənov vurğulayıb ki, bank “LUKOYL-Azərbaycan” QSC ilə fəal əməkdaşlıq etməyi və onun yanacaqdoldurma məntəqələrində satış nöqtələri açmağı planlaşdırır.
“Biz “LUKOYL-Azərbaycan” QSC-nin komandası ilə çox məhsuldar əməkdaşlıq edirik. Yanacaqdoldurma məntəqələri ərazisində bankın birgə şöbələrinin yaradılması ilə bağlı layihələrimiz var, burada əməkdaşlarımız müştərilərə sürətli dəstək, məsləhət xidmətləri göstərə, həmçinin müəyyən aparatlar vasitəsilə bank əməliyyatları aparmağa kömək edə biləcəklər. Hesab edirik ki, əgər müştərilərimizə rəqəmsal texnologiyalar vasitəsilə internetdə bu və ya digər tranzaksiyanı həyata keçirməyi öyrətsək, bu, ölkəmizdə maliyyə savadlılığını artıracaq”, - deyə bankın rəhbəri qeyd edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” MMC-dir.
Telegramda Marja.az səhifəsinə abunə olun
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






