Avro və funt sterlinq məzənnələrində ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır
Amerika fond indekslərində maksimumun yenilənməsi, dolların da cari həftənin dəstək səviyyəsinin üzərində dalğalanmasına səbəb olur. İnvestorlar həftə ərzində iqtisadiyyatda önəmli pay sahibi olan şirkətlərin hesabatlarının yayımlanmasına kökləniblər. "Facebook" bazar ertəsi dövriyyəsinin artmasına baxmayaraq, proqnozların altında dərc edilən göstəriciləri ilə narahatlıqları artırsa, çərşənbə axşamı açıqlanan Tesla, "Alphabet" (Google), "Microsoft" və "Amazon"-un müsbət kağızlarından sonra "SP500" 4599 punktun üzərinə yüksəlmişdir. Cümə axşamı isə "Apple"-ə dair rəqəmlər yayımlanacaqdır.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də təzyiq altındadır. Avro 1.16, funt sterlinq 1.38$-ın altında qaldıqca, ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Əlvan metallar bazarlarında da qızılın qiymətində ucuzlaşma müşahidə edilir və 1779$ qırılarsa, ucuzlaşma dərinləşə bilər.
Kriptovalyuta birjalarında bitkoinin qiyməti də dollara paralel olaraq 60 min dollarda dəstək görüb və 64 min dolların qırılması ilə artım trendi bərpa oluna bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















