“AFB Bank” və “Gəncə Dövlət Universiteti” əməkdaşlıq Memorandumu imzaladı!
(®) “AFB Bank” ASC və “Gəncə Dövlət Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandum “AFB Bank”ASC –nin İnzibati İdarəetmə Strukturunun direktoru Hafiz İbrahimov və “Gəncə Dövlət Universiteti”nin Rektorunun baş müşaviri Asif Cavadov tərəfindən imzalanıb.
“Regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. “AFB Bank” olaraq, biz də Dövlət siyasətinə uyğun normalarla fəaliyyətimizi tənzimləməyi özümüzə borc bilirik. Buna görə də, Bankımızn xüsusi “Təcrübə proqramı” çərçivəsində ali təhsil ocaqları ilə qurulan əməkdaşlıqların sırasına yalnız paytaxt deyil, eləcə də regionlarda fəaliyyət göstərən ali məktəbləri də əlavə etməliyik”. Bu fikirləri “AFB Bank”ın səlahiyyətli nümayəndəsi, İnzibati İdarəetmə Strukturunun direktoru Hafiz İbrahimov Memorandumla bağlı tədbirdə, çıxışı zamanı səsləndirmişdir.
Memorandumun şərtlərinə əsasən, “Gəncə Dövlət Universiteti”nin sonuncu kurs tələbələri və məzunları Təcrübə proqramına qoşularaq AFB Bankın “Gəncə” filialında real iş şəraitində təcrübə keçəcəklər. Proqramı uğurla başa vurmuş təcrübəçilərə Sertifikatlar təqdim ediləcək ki, gələcəkdə iş üçün müraciət zamanı artıq onların əllərində bank sahəsində müəyyən təcrübəsinin olmasını təsdiq edən sənədləri olacaqdır. Xüsusi istedadı, bacarığı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin oluna biləcəklər. Layihənin məqsədi, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin nəzəri biliklərinəpraktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
Qeyd edək ki, bu “AFB Bank”ın “Təcrübə Proqramı ilə əlaqədar ali məktəblərlə qurduğu ilk əməkdaşlıq deyil. Daha öncə də Bank “Qərbi Kaspi Universiteti” ilə birgə bu proqramın əsasında əməkdaşlıq memorandumu imzalayıb. Bundan sonra da Bank, həm Bakı şəhəri, həm də regionlardakı digər ali təhsil ocaqları ilə əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















