"Elektromobillərin kreditlə alınması sadələşdirilməlidir"
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı gələn il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Milli Məclis bu dəyişikliyi təsdiq edərsə, həmin avtomobillər təxminən 20% ucuzlaşa bilər.
Məsələni şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Azərbaycanda belə bir addımın atılması həm iqtisadi, həm də ekoloji cəhətdən əhəmiyyətlidir:
“Bir neçə ildir ki, hökumətin ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsi və ölkə daxilində stimullaşdırılması ilə bağlı tədbirlər planı var. Dəfələrlə sizin media qurumu vasitəsilə bu məsələlərə münasibət bildirmişik. Bu il həmin proqramın tətbiqi ilə bağlı son ildir. Hökumət artıq dövlət proqramı ilə 2021-ci ildə bu məsələlərin fundamental həlli ilə bağlı əsaslı addımlar atılacağını bildirib.
Həmçinin mən bildiyimə görə, artıq hökumətin bəzi strukturlarında aidiyyəti məsələlərlə məşğul olan işçi qrupları yaradılır. Bu onu göstərir ki, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdırmaq istiqamətində konkret addımlar atılacaq. Bu yaxınlarda Vergi və Gömrük Məcəllələrinə təklif edilən dəyişikliklər bir daha göstərir ki, əsaslı addımların atılmasında hökumət israrlıdır. Bu, həm də sahibkarların ölkəyə ekoloji cəhətdən təmiz avtomobillər gətirməsinə şərait yaradacaq”.
Ekspert hesab edir ki, Azərbaycan Mərkəzi Bankı ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi üçün kommersiya banklarına şərait yaratmalıdır.
“Bu, həm də Azərbaycan iqtisadiyyatında hərəkətlilik yaradacaq. Digər ölkələrə fikir versək görərik ki, onlarda iqtisadiyyatın aparıcı sahəsi avtomobil sektorudur. Bu baxımdan təklif edərdim ki ölkəyə avtomobillərin idxalının stimullaşdırılması ilə yanaşı, onların ölkə daxilində istismarının stimullaşdırılması üçün addımlar atılsın. Əgər bu, birtərəfli qaydada olsa effektiv olmayacaq. Əgər idxal rüsumlarının endirsək və əlavə dəyər vergisini azaltsaq və yaxud tam ləğv etsək, ölkə daxilində vətəndaşlar onu ala bilməsə o zaman bunlara nə ehtiyac var? Hesab edirəm ki bu səbəbdən istiqamətlər müəyyən edilməli və paralel addımlar atılmalıdır.
İlk olaraq ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi sadələşdirilməlidir. Banklar ekoloji təmiz avtomobil almaq istəyən vətəndaşa mütləq güzəştli kredit verməlidir. İlkin olaraq həmin vətəndaşlardan avtomobilin dəyərinin 20%-i alına, məbləğin qalan hissəsi isə 9-10%-dən rəsmiləşdirilə bilər. Bu isə vətəndaşa şərait yaradacaq ki, əlində olan vəsaiti istifadə edərək ekoloji təmiz avtomobili alsın.
Bunun özünün həm iqtisadi həm də səhhətimizin qorunması baxımından əhəmiyyəti böyükdür. Belə ki, bu gün bizim ən böyük vəzifələrimizdən biri CO2 qazının azaldılmasıdır. Çünki, bu bizim gəlirlərdən daha üstündür. Bu, həm də bank sistemində hərəkətliliyə gətirib çıxaracaq. Həmçinin illərlə köhnə avtomobillərin utilizasiyası ilə bağlı müzakirələr aparırıq. Bu isə bizə imkan yaradacaq ki, köhnə nəqliyyat vasitələri avtomatik istismardan çıxsın. Bir sözlə, məcburi yaxud könüllü utilizasiyaya ehtiyac qalmayacaq.
Bu gün Azərbaycan vətəndaşlarının ekoloji təmiz avtomobilləri marağı böyükdür. İndi ölkədə hibrid avtomobillər nəqliyyat vasitələri bazarının 10%-ni təşkil edir. Ümid edirik ki, tezliklə bu nisbət 15%-ə qalxacaq”.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
26 d. əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
2 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
2 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır






















