Fed-dən faiz qərarı: iqtisadiyyata dəstəyi azaltmağın vaxtıdır
Səxavət kisəsini tədricən bağlayır, əsas hədəf tam iqtisadi bərpadır...ABŞ Mərkəzi Bankı (Federal Reserve, qısaca - Fed) əsas faiz dərəcələri ilə bağlı son qərarını açıqlayıb.
Marja xəbər verir ki, gözlənildiyi kimi, Federal Açıq Bazar Komitəsinin dünənki toplantısında bütün üzvlər baza kredit faizlərinin hazırkı səviyyədə - 0-0,25% aralığında saxlanmasına yekdilliklə səs veriblər.
Əvəzində Fed noyabrın sonundan başlayaraq, qiymətli kağız alışlarını (istiqraz alışı ilə pul emissiyası - red) hər ay 15 milyard dollar azaldacağını bəyan edib. Bu isə, 2020-ci ilin martından etibarən pandemiya ilə əlaqədar hökumətin tətbiq etdiyi iri həcmli iqtisadi-maliyyə dəstək tədbirlərində ilk azalma siqnalıdır. Xatırladaq ki, buna qədər Fed hər ay 120 milyard dollar dəyərində qiymətli kağız alırdı.
Qərarın mətnində qiymətli kağız alışlarının azaldılması “iqtisadiyyatın ötən ilin dekabrından bəri Komitənin hədəflərinə doğru əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməsi” ilə əsaslandırılıb. Həmçinin, “iqtisadi icmalda ciddi dəyişikliklər baş verdiyi təqdirdə, Komitənin qiymətli kağız alışları ilə bağlı həcmin tənzimlənməsinə hazır olduğu” vurğulanıb.
Fed inflyasiyanın artdığını, lakin onun hələ də keçid xarakteri daşıdığını qeyd edib: “Pandemiya və iqtisadiyyatın yenidən açılması ilə əlaqədar tələb və təklifin balansındakı qeyri-bərabərlik bəzi sektorlarda əhəmiyyətli dərəcədə qiymət artımına təkan vermişdir. Peyvənd proqramında irəliləyiş və təchizat problemlərində yüngülləşmənin iqtisadi fəallıq və məşğulluq səviyyəsində artımları dəstəkləyəcəyi və inflyasiyanı azaldacağı gözlənilir.”
Toplantıdan sonra təşkil olunan mətbuat konfransında Fed sədri Cerom Pauell qiymətli kağız alışlarında azalmanın əsas faiz dərəcəsinin artırılması mənasına gəlmədiyini, inflyasiyanın artmağa davam edəcəyini, ən yaxşı halda 2022-ci ilin ortalarından zəifləməyə başlayacağını bildirib: “Biz faizlərin artırılmasının vaxtı çatdığını düşünmürük. Buna qədər əsas hədəflərdən biri olan maksimum məşğulluq səviyyəsi təmin edilməlidir.”
Hazırkı qrafiklə, Fed tərəfindən qiymətli kağız alışlarının azaldılması prosesi gələn ilin iyulunda yekunlaşacaq. Ekspertlər dünənki toplantıdan çıxan qərarları da nəzərə almaqla, həmin müddətə kimi Mərkəzi Bankı faiz artmınına getməyəcəyində inamlıdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
14 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"


















