Bu gün OPEC+dan neft ilə bağlı kritik qərar gözlənilir - ABŞ XƏBƏRDARLIQ EDİB
Bu gün OPEC+ nazirləri dekabrda neft hasilatını 0,4 milyon barel artırmaq planını müzakirə edəcəklər.Bu gün OPEC+ neft kartelinə üzv ölkələrinin nazirləri dekabrda neft hasilatının gündəlik 400 min barel artım tempinin saxlanılıb-saxlanılmaması barədə qərar qəbul etmək üçün növbəti onlayn iclasa toplaşacaqlar.
Marja xəbər verir ki, bu plan (hasilatın hər ay gündəlik 400 min barel artırılması) artıq ən böyük istehlakçılar (neft idxalçıları), ilk növbədə ABŞ tərəfindən çox yüksək neft qiymətlərinə görə tənqid edilsə də, onun yenidən təsdiqlənməcəyi ehtimalı var.
OPEC+ nazirləri neft hasilatını tənzimləmək üçün keçən yazdan bəri hər ay iclas keçirirlər. OPEC+un reqlamentinə əsasən, qarşıdakı ay üçün fəaliyyət planı ilk olaraq sazişdə iştirak edən cəmi səkkiz ölkədən ibarət OPEC+ Monitorinq Komitəsinin nazirləri tərəfindən müzakirə edilir. Bundan sonra Monitorinq kKomitəsi sazişin bütün ölkələrinə neft bazarında müəyyən tədbirlər görməyi tövsiyə edə bilər.
2020-ci ilin may ayından etibarən təxminən doqquz ay ərzində görünməmiş hasilatın azaldılması, istehlakın bərpası fonunda neft qiymətlərini üç ilin ən yüksək səviyyəsinə çatdırıb. Ötən həftə Brent markalı neftin bir barelinin qiyməti 86 dolları keçib. "Goldman Sachs" bankının analitiklərinin fikrincə, ilin sonuna neft bazarında artan kəsir səbəbindən bir barel neftin qiyməti 90 dollara çata bilər.
Bu vəziyyət neft hasilatının bərpasının sürət tempinə görə OPEC+u artıq dəfələrlə tənqid edən ABŞ və Hindistan kimi ən böyük neft istehlakçılarının narazılığına səbəb olur. Belə ki, ABŞ prezidenti Co Bayden rekord yanacaq qiymətlərini təkcə pandemiyanın təsiri ilə deyil, həm də “Rusiya və OPEK ölkələrinin daha çox neft hasil etməkdən imtinası” ilə əlaqələndirib. Bayden ABŞ-ın cavab addımları ata biləcəyini də qeyd edib, lakin onların mahiyyətini açıqlamayıb.
Bununla belə, neft ixracatçılarının özləri də artıq bəyan ediblər ki, bazarın həddindən artıq "qızmasına" imkan verməyəcəklər, çünki bazarda sabitliyin pozulması bütün tərəflərin maraqlarına ziyan vurur.
Bundan başqa, OPEC+un siyasəti neft bazarını qaz və kömür bazarlarında müşahidə olunan qiymət şoklarından xilas edib. Bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Abdel Əziz bin Salman oktyabrın ortalarında Moskvada keçirilən Enerji Həftəsində xatırladıb. O, həmçinin xəbərdarlıq edib ki, neft bazarı hələ də kövrəkdir və 2022-ci ildə artıq təklif riski kifayət qədər güclüdür.
Əslində, onun sözləri artıq bir neçə ölkə - sazişin iştirakçıları, məsələn, Küveyt, İraq, Anqola, Qazaxıstan və Azərbaycan tərəfindən dəstəklənib və onlar neft hasilatını daha çox (ayda 400 min bareldən çox) artırmamaq üçün qəbul edilmiş plana əməl etməyin zəruriliyindən danışıblar. Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak da bildirib ki, OPEC+ nazirləri “imzalanmış neft hasilatının bərpası üzrə qrafikə əməl edilməlidir” faktından çıxış edirlər. Onun sözlərinə görə, "koronavirusun yayılmasının yeni dalğaları" ərəfəsində tələblə bağlı müəyyən qeyri-müəyyənlik var, "azala bilər".
Bloomberg-in məlumatına görə, ABŞ və digər əsas neft istehlakçıları, o cümlədən Çin, Yaponiya və Hindistan artıq bir neçə həftədir ki, OPEC+a təzyiq göstərmək və iştirakçı ölkələri hasilatı daha da artırmağa məcbur etmək üçün bağlı qapılar arxasında diplomatik kampaniya aparır.
Amma “qara qızıl” idxal edən ölkələr hasilatın daha çox artırılmasını istəyirlər. Bloomberg-in mənbələrinə görə, Bayden administrasiyası benzin qiymətlərinin son 7 ilin ən yüksək səviyyəsinə qalxmasından narahatdır və OPEC+ın noyabrın 4-də keçiriləcək növbəti iclasında heç bir tədbir görməyəcəyi təqdirdə cavab paketi hazırlayıb.
OPEC+ ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda noyabrda neft hasilatını sutkada 400 min barel artırmağı davam etdirmək qərarına gəliblər. Belə ki, OPEC+ ölkələrinin neft hasilatını cəmi azaltmaları oktyabr ayında sutkada 4,559 milyon barel olub, noyabrda isə 4,159 milyon barel təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
29 d. əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
2 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
2 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
























