Energetika naziri “Uniper” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Almaniyanın “Uniper” şirkətinin qaz təchizatı və mənşəyi üzrə baş vitse-prezidenti Uve Fipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energerika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə “Uniper” şirkətinin iştirakı ilə ölkəmizdə reallaşdırılmaqda olan layihələrdən bəhs edilib, layihələrin icra vəziyyəti barəsində, eyni zamanda şirkətin qlobal olaraq cari fəaliyyət istiqamətləri, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, hidrogendən enerji məqsədli istifadə sahəsində təcrübəsi haqqında məlumat verilib.
Dünyada enerji keçidi prosesi, qaz bazarlarında cari vəziyyət, hidrogen istehsalı, ötürülməsi və saxlanması texnologiyaları, karbon qazının tutulması və saxlanması texnologiyaları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Enerji keçidi fonunda enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti və keçid prosesində təbii qazın vacib rolu vurğulanıb.
Azərbaycanda “yaşıl enerji”dən istifadə sahəsində həyata keçirilən layihələr və gələcək planlar haqqında məlumat verilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsinin neft və qaz ehtiyatları ilə yanaşı külək enerjisi potensialı ilə də zəngin olduğu diqqətə çatdırılıb. Ölkəmizin dənizdə külək enerjisi potensialından istifadə üzrə yol xəritəsinin hazırlanmaqda olduğu bildirilib, gələcəkdə bu resurs hesabına “yaşıl elektrik”, “yaşıl hidrogen”, “yaşıl ammonyak” istehsalı və ixracı perspektivləri qeyd edilib, bu istiqamətdə imkanların öyrənilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığa hazırlıq ifadə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















