Rusiya və Belarus birləşir
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko qaz qiymətləri və müdafiədən tutmuş tənzimləmə və mərkəzi bank siyasətinə qədər 28 birləşmə proqramını təsdiqləyən inteqrasiya fərmanını imzalayıblar.
Marja xəbər verir ki, hazırlanması üç ildən çox davam edən və Qərb tərəfindən tanınmayan Belarusda seçkilərdən sonra kəskin sürətlənən sənəd cümə axşamı videokonfrans vasitəsilə imzalanıb.
Ötən il 1,5 milyard dollar kredit alan Lukaşenkoya müraciət edən Putin “Rusiya qardaş Belarus xalqına yardım göstərməyə davam edəcək. Bu il isə hökumət üzvləri vasitəsilə daha 1 milyard dollarlıq yeni kreditin verilməsi imkanını müzakirə edilib", deyib.
Lukaşenko Rusiya prezidentinə belə cavab verib: "Minsk üçün birlik dövləti “prioritetlərin prioritetidir”.
Sentyabrda Lukaşenkonun Moskvaya səfərindən sonra razılaşdırılmış 28 birlik proqramı ümumi neft və qaz bazarlarının (yəni Belarusiya üçün Rusiyanın enerji qiymətləri), vahid dövlət satınalma siyasətinin (yəni Belarus müəssisələrinin Rusiyaya daxil olması) yaradılmasını nəzərdə tutur. Büdcənin, kənd təsərrüfatı və sənaye siyasətinin də birləşdirilməsi hədəflənir.
Növbəti mərhələdə 400 aktın və ikitərəfli sazişin qəbul edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)



.jpg)






