“Araz Vadisi İqtisadi Zonası”na maraq göstərən yeni şirkətlərin sayı açıqlanıb
"Prezident İlham Əliyevin oktyabrın 4-ü Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti olmaq istəyən daha 5 şirkət var".
Bunu açıqlamasında İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Elxan Şiriyev deyib.
Onun sözlərinə görə, hazırda həmin şirkətlərlə danışıqlar aparılır.
"Araz Vadisi İqtisadi Zonası” Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizi istiqamətində salınan yolların üzərində yerləşir. Həmin ərazidə daha çox logistik və texniki-təmir xidmətlərinin göstərilməsi, eyni zamanda, iri ticarət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Məlum olduğu kimi, Zonanın ilk rezidenti Rusiyaya məxsus "KamAZ" ASC-nin yerli törəməsi "Kamaz Lizinq Azərbaycan" MMC-dir. Hazırda həmin şirkət ərazidə tikinti işlərinə başlamaq üçün layihələndirmə işləri aparır", - deyə E.Şiriyev qeyd edib.
Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası” 200 hektar ərazini əhatə edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















