Almaniya şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlığa maraqlıdır
“Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər
“Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş təşkil edilib.
“Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında Slovakiyada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.
Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsləndiriblər.
Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
