Mənşə sertifikatlarının verilməsi zamanı çətinliklər yaranır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində sahibkarlarla görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, maarifləndirmə məqsədi ilə təşkil olunan görüşdə sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə mənşə sertifikatlarının verilməsi zamanı yaranan çətinliklərlə əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər müzakirə edilib. Məlum olub ki, sahibkarlar tərəfindən qaldırılan əksər məsələlər malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim olunmaması, ixracatçıların mal istehsalçısı olmadığı təqdirdə elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib etməməsi ilə əlaqədardır. Bu cür anlaşılmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib və onların sualları cavablandırılıb.
Sahibkarları maraqlandıran sualların yerində və ətraflı cavablandırılmasını təmin etmək məqsədilə Dövlət Xidməti tərfindən bu cür görüşlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















