Regional televiziya və radiolar üçün tələblər müəyyənləşir, ümumölkə yayımına dair şərtlər dəyişir

İctimai yayımçı istisna olmaqla yerüstü yayımçıya lisenziya müsabiqə əsasında veriləcək.
Bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Audiovizual media televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. Audiovizual media subyekti olan yerüstü yayımçılar aşağıdakılardır:
- ümumölkə yerüstü televiziya yayımçısı;
- regional yerüstü televiziya yayımçısı;
- ümumölkə yerüstü radio yayımçısı;
- regional yerüstü radio yayımçısı.
Layihəyə əsasən, yerüstü yayımçı televiziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxsdir. Ümumölkə yayımçısı proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini, regional yayımçı isə proqramları Azərbaycan Respublikasının azı 2 inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçılardır.
Retranslyasiya isə hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsidir. Yerüstü ümumölkə yayımçısının proqramları ölkə üzrə, yerüstü regional yayımçının proqramları isə həmin region üzrə infrastruktur və platforma operatorları tərəfindən retranslyasiya olunur. İnfrastruktur operatoru sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), platforma operatoru proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Multipleks operatoru birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxsdir.
Yerüstü yayımçı öz proqramlarını infrastruktur və platforma operatorlarına retranslyasiya üçün təqdim etməlidir. Yerüstü yayımçı bunun müqabilində platforma operatorlarından ödəniş tələb edə bilməz. Yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə infrastuktur operatoruna xidmət haqqı ödəyir.
Yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmur. Yerüstü ümumölkə yayımçısı peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər. Yerüstü yayımçı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.
Qeyd edək ki, hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” qanuna görə, yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. “Media haqqında” qanun layihəsində isə istisna sırasında yalnız ictimai yayımçı yer alır, dövlət yayımçısı bura daxil edilmir. Ümumiyyətlə, qanun layihəsində dövlət yayımçısı anlayışı yer almayıb.
Hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” qanunda ümumölkə yayımçısı proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı ("Ölkənin bütün ərazisi" dedikdə, televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir) deməkdir. “Media haqqında” qanun layihəsində isə ümumölkə yayımçısına dair şərtlər dəyişir, həm də ilk dəfə regional yayımçıya dair tələblər müəyyənləşir.
Digər yenilik yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmamasıdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
-
16 d. əvvəl
Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
38 d. əvvəl
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 12 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Rəsmi məzənnələr açıqlandı

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
Ən çox oxunanlar

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
