"Azərbaycandakı qiymət artımında xarici amillər mühüm rol oynayıb" - MÜSAHİBƏ
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa verdiyi müsahibədə Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas çağırışlar, artan inflyasiya şəraitində monetar siyasət və bank sektorunun hazırkı vəziyyətindən danışıb.
- BVF Azərbaycan hökuməti ilə IV maddə üzrə növbəti məsləhətləşmələrə nə vaxt başlayacaq?
- Beynəlxalq Valyuta Fondu 2022-ci ildə Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2022 Article IV Consultation") ilin ortasında aparmağı planlaşdırır.
- Azərbaycanın bank sektorunda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrdə biz Azərbaycanda bank sektorunu ümumən sağlam qiymətləndirmişik və böhranın, eləcə də böhran zamanı tətbiq edilən yumşaltma tədbirlərinin bank sektorunun sağlamlığına təsirinin monitorinqinin vacibliyini vurğulamışıq. Daha dolğun müzakirəni 2021-ci ilin məsləhətləşmələri üzrə dərc olunan hesabatda tapa bilərsiniz.
- Hansı tövsiyələr yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün səmərəli ola bilər? Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini daha da artırılması haqqında düşünməlidirmi?
- Monetar siyasətin yüksək inflyasiyaya düzgün reaksiyası çox vaxt inflyasiyanın mənbəyindən asılıdır və son dövrdə Azərbaycandakı qiymət artımında xarici amillər mühüm rol oynayıb. AMB istənilən gələcək faiz qərarında riskləri diqqətlə tarazlamalıdır və biz bu məsələləri yaxın aylarda AMB rəsmiləri ilə müzakirə etməyi səbirsizliklə gözləyirik.
- İqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunun bərpasını təmin etmək üçün Azərbaycanda hansı islahatlara ehtiyac var?
- Azərbaycanda iqtisadi artımı dəstəkləmək üçün aradan qaldırılmalı maneələr zəif institutları, KOB-ların kreditlərə məhdud çıxışını, iqtisadiyyatda yüksək qeyri-rəsmiliyi və işçi qüvvəsinin bacarıqlarının çatışmazlığını ("skills gap") özündə birləşdirir. Bura səmərəsiz əmək, məhsul və xidmət bazarları da daxildir. Daha dolğun məlumat ötən ilin məsləhətləşmələri üzrə dərc olunan hesabatda yer alıb.
Qeyd edək ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan ölkə hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir. Fond ortamüddətli perspektivdə həm kreditorların risk götürmə fəaliyyətlərinə, həm də borcalanların kredit riskinə maliyyə nəzarətinin gücləndirilməsi maliyyə sabitliyini təmin etmək və maliyyə əlçatanlığını yaxşılaşdırmaq üçün zəruri sayır.
Monetar siyasətə gəldikdə, AMB də bundan əvvəl bildirmişdi ki, Azərbaycanda inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən aşağıdır və inflyasiya təzyiqləri əsasən qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib. Ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddini 6%-də saxlayıb, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldib.
2021-ci ilin məsləhətləşmələri üzrə dərc olunan hesabatda BVF-nin İcraiyyə Şurası bildirib ki, Azərbaycanın yenilənmiş milli prioritetləri sosial və iqtisadi inkişaf üçün iddialı məqsədlər qoyur və onlar yaxşı işlənib hazırlanmış islahatlar ilə dəstəklənməlidir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















