Azərbaycan əhalisindən 44,2 milyard manatlıq alış-veriş!
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artmışdır.
Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 44 217,5 | 103,2 |
o cümlədən: | ||
ərzaq məhsulları | 21 743,6 | 102,8 |
içkilər və tütün məmulatları | 2 287,8 | 100,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 809,0 | 102,0 |
elektrik malları və mebellər | 2 278,3 | 101,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 439,7 | 123,2 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 952,0 | 124,8 |
avtomobil benzini və dizel yanacağı | 2 494,3 | 103,9 |
digər qeyri-ərzaq malları | 7 212,8 | 103,0 |
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 faizi ticarət müəssisələri, 52,2 faizi fərdi sahibkarlar tərəfindən, 21,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 faiz artmış, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,1 faiz azalmışdır.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı















.jpg)







