Rusiya Qərbin sanksiyalarına daha yaxşı hazırdır - Financial Times
Rusiya iqtisadiyyatı, Rusiyadan qaz və neft tədarükündən ciddi şəkildə asılı qalan Avropa İttifaqından (Aİ) daha çox sanksiyalara qarşı hazırdır.
Marja xəbər verir ki, belə təxminlər çərşənbə axşamı Britaniyanın "Financial Times" qəzetinin saytında dərc olunan məqalədə verilib.
Nəşr göstərir ki, Rusiya Federasiyası Maliyyə Nazirliyi Moskvaya qarşı müxtəlif sanksiyalar paketinin tətbiqi ilə bağlı bir sıra ssenarilər hazırlayıb. Nazir Anton Siluanovun ötən həftə verdiyi açıqlamaya istinadən qeyd edilib ki, Rusiya maliyyə qurumları "belə risklər olduqda" öhdəsindən gələcəklər.
Qəzet son illər Rusiya iqtisadiyyatının dollardan, xarici investorlardan və xarici borclardan asılılığının azaldığını, Mərkəzi Bankın ehtiyatlarının əhəmiyyətli dərəcədə artdığını, xarici borcun həcminin isə Rusiya ÜDM-nin cəmi 20%-ni təşkil etdiyini qeyd edib. Bu rəqəmin daha da azaldılması planlaşdırılır.
Nəşr və onun müsahibə götürdüyü ekspertlər belə qənaətə gəlirlər ki, Rusiyanın strategiyası indi ona Qərbin sanksiyalarından daha az qorxmamağa imkan verir.
Məqalə müəllifləri diqqəti ona yönəldirlər ki, Aİ hələ də Rusiyanın neft və qazından, eləcə də əsas istehlakçısı Amerikanın "Boeing" korporasiyası titan da daxil olmaqla xammal təchizatından böyük dərəcədə asılıdırlar. Qəzet qeyd edir ki, Aİ ölkələrinin əksəriyyəti neft və qaz tədarükünün şaxələndirilməsi üçün indiyədək çox az iş görüblər, baxmayaraq ki, bu cür istəklər haqqında çox danışılıb və nəticədə Rusiya iqtisadiyyatına qarşı addım atmaq onlar üçün daha çətin olacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























