TuranBank xarici investorların Bankın kapitalına geniş cəlbini hədəfləyir
TuranBank 2020-ci ilədək xarici investorların Bankın kapitalına daha geniş cəlbini hədəfləyir.
Bunu TuranBankın İdarə Heyətinin sədri Rauf Kazımov bildirib.
“TuranBank öz missiya və strateji baxışına sadiq olaraq qalır. Bankımızın fəaliyyətinə gəlincə, bu, 4 illik Strateji Planla tənzimlənir. Qeyd etmək istərdim ki, ötən ilin sonlarında hazırlanmış 2016-2019-cu illər üçün yeni Strateji Planın əhatə etdiyi dövrdə təkmil «institusional baza»nı beynəlxalq təcrübəyə müvafiq olaraq mütəmadi inkişaf etdirmək planlaşdırılmış, mövcud satış şəbəkəsinin səmərəliliyinin, aktivlərinin keyfiyyətinin artırılması ilə bərabər kapitalının davamlı artımı, xarici investorların Bankın kapitalına daha geniş cəlbi kimi hədəflər müəyyənləşdirilmişdir və bütün bu hədəflər olduğu kimi qalır”.
Yeni strateji dövrdə ölkənin qeyri-neft sektorunun inkişafına yönələcək layihələr ilə yanaşı, satış şəbəkəsinin texnoloji təchizatının ən yüksək beynəlxalq standartlara uyğun təmin olunması və Bankın əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində olacaqdır:
“Hazırda Bankın İT infrastrukturunun təkmilləşdirilməsi isiqamətində işlər görülür və yeni proqram təminatının tətbiqi ilə bağlı işlər templə davam edir. Yaxın gələcəkdə müştərilərimizə operativ xidmət göstərməyə imkan verən rəqəmsal bankçılıq sahəsi daha da təkmilləşdirilərək məsafədən xidmət növlərinin çeşidi genişləndiriləcəkdir. Bütün bunlar müştərilərimizə ən yüksək səviyyədə operativ xidmət göstərməyə və yüksək müştəri məmnunluğunu təmin etməyə imkan verəcəkdir.
Ölkənin bank sektorunda baş verən yeni tendensiyalar Bankımızı daha çevik və effektiv olmağa sövq edir. Mövcud reallıqda bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirlərinin önəmi artmaqdadır. Hazırda qeyri-faiz gəlirlərinin əhatə etdiyi sahələrin inkişaf etdirilməsi bizim üçün də prioritetdir. Planlarımızda bazara yeni alternativ xidmət və satış kanallarını təqdim etməklə on minlərlə müştərimizə banka gəlmədən müxtəlif əməliyyatlar aparmaq və xidmətləri əldə etmək imkanı yaratmaqdır. Bankımız, həmçinin müştərilərə yüksək keyfiyyətli rəqəmsal, onlayn bankçılıq, innovativ bank məhsul və xidmətləri təklif etməklə plastik kartlarla nağdsız hesablaşmaların həcmini genişləndirəcək”.
Son dövrlərdə nağdsız ödənişlərin həcminin sürətlə artması və əmək haqlarının plastik kartlara köçürülməsi ölkə iqtisadiyyatında müşahidə olunan aktual proseslərdəndir. Artan tələbatı nəzərə alaraq, Bankımız öz növbəsində bu sahədə fəaliyyətini genişləndirməyi və korporativ müştərilərə əmək haqqı layihələri çərçivəsində bir sıra məhsul və xidmətləri təklif etməyi nəzərdə tutmuşdur.
“ƏMANƏTÇİ BAXIMINDAN QITLIQ YAŞAMIRIQ”
Rauf Kazımov qeyd edib ki, islahatlar çərçivəsində səmərəsiz bankların fəaliyyətinin dayandırılması ilk növbədə əmanətçilərin banklara inamının zəifləməsi ilə nəticələnir: Lakin əmanətlərin dövlət tərəfindən sığortalanması və bağlanan bankların timsalında vəsaitlərin geri qaytarılması insanların banklara etibarını bərpa etmiş oldu. Götürək bizim Bankı, bağlanan bankların fonunda hazırda biz əmanətçi baxımından qıtlıq yaşamırıq. Əksinə, vəsaitini bizə etibar edənlərin sayı bağlanan bankların fonunda artmaqdadırÜ,
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)



