Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
28 Yanvar 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin ilk faiz qərarını açıqlayacaqdır.
Marja-nın məlumatına görə, faiz dəhlizinin parametrlərinin saat 12:00 radələrində ictimaiyyətə elan ediləcəyi gözlənilir. Faiz qərarından sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərin suallarını cavablandıracaqdır.
Mərkəzi Bank 2021-ci ilin son 3 iclasında faiz artırmışdır. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti Sentyabr ayında uçot dərəcəsinin 6.25%-dən 6.50%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdi.
Mərkəzi Bank 29 Oktyabr 2021-ci il tarixində 0,50 bənd faiz artırmışdı. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul etmişdi.
17 Dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.25%-ə qaldırılmışdı. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.
İnflyasiyanın sürətlənməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
"Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcəkdir", -Mərkəzi Bank ötən ilin son iclasından sonra bildirmişdi.
İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
14 d. əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
- 20 d. əvvəl
- 35 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Ən çox oxunanlar
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb























