Nazir Şahbazovla “Türkmənqaz”ın sədri iclas keçirib
Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun dördüncü iclası videokonfrans formatında keçirilib.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri - “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi və İşçi Qrupu üzvlərinin iştirakı ilə keçirilən iclasda “Dostluq” yatağı üzrə tərəflər arasında danışıqlar prosesi çərçivəsində tərəqqidən məmnunluq ifadə edilib və layihənin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb. İşçi Qrupu nəzdində fəaliyyət göstərən Birgə Ekspert Qrupunun növbəti görüşünün yaxın zamanda keçirilməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi üzrə Tərəflər arasında Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfdən İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















