Azercell 4G metroda səninlə!
Bakı metropolitenin 24 stansiyası və tunelləri lider mobil operatorun şəbəkəsi ilə əhatə olunub.(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədi ilə fəaliyyətinin yeni dönəminə qədəm qoyan Azercell abunəçilərini yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə davam edir.
Lider mobil operator Bakı metropolitenində bu istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin 24 stansiyasını və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, Azercell abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.
Azercell-in 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçəri şəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.
Qeyd edək ki, Azercell Bakı metropolitenində şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzrə işlərə 2019-cu ilin dekabr ayında start verib. Artıq 2020-ci ilin ilk rübündə sərnişin sayının daha çox olduğu mərkəzi metro stansiyalarında işlər tamamlanıb. Belə ki, layihənin ilk mərhələsində Gənclik, 28 May, Elmlər Akademiyası və Nizami metro stansiyaları Azercell-in yüksək keyfiyyətli şəbəkəsi ilə təmin olunub.
Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmalarına əsasən, Azercell-in şəbəkəsi bir çox keyfiyyət göstəricilərinə görə dünya üzrə yüksək nəticə nümayiş etdirməklə “Best in class” kateqoriyasına daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
11 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
11 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
12 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)







.jpg)







